Cəlilabadda yanğın, 1 nəfər ölüb

Cəlilabadda yanğın, 1 nəfər ölüb
  14 Dekabr 2020    Oxunub:1000
Cəlilabad rayonunda ümumi sahəsi 84 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Hətəmova Nübar Ələkbər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: Cəlilabad   Yanğın   FHN  





Xəbər lenti