Qəbələdə iki maşın toqquşdu - Yaralılar var

Qəbələdə iki maşın toqquşdu -  Yaralılar var
  14 Dekabr 2020    Oxunub:2187
Qəbələ rayonunda yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələnin Nohurqışlaq kəndində “BMW” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti