Ağstafada yol qəzası: Xəsarət alan var

Ağstafada yol qəzası:  Xəsarət alan var
  13 Dekabr 2020    Oxunub:2195
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunun Köçvəlili kəndində “Mitsubishi” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti