Masallıda ikimərtəbəli ev yandı

Masallıda ikimərtəbəli ev yandı
  13 Dekabr 2020    Oxunub:1390
Masallı rayonunun Qasımlı kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 360 m² olan ikimərtəbəli evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 280 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın   Ev  





Xəbər lenti