Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  12 Dekabr 2020    Oxunub:1539
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Qaradağ rayonu ərazisində Zaqatala rayon sakini R.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 55-60 yaşlı qadını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Qəza   Piyada  





Xəbər lenti