Samux sakinindən silah götürülüb

Samux sakinindən silah götürülüb
  12 Dekabr 2020    Oxunub:1415
Samux rayon sakinindən odlu silah-susat götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a erilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarabağlar kənd sakini S.Allahverdiyevdən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi, 5 ədəd patron və patrondaş (qatar) aşkar edilərək götürülüb.

S.Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci (Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması) maddəsi ilə protokol tərtib edilib.

Azvision.az


Teqlər: Samux   Tüfəng  





Xəbər lenti