Yasamalda aptekdə yanğın olub

Yasamalda aptekdə yanğın olub
  12 Dekabr 2020    Oxunub:1321
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli qeyri-yaşayış obyektində (aptek kimi fəaliyyət göstərir) 1 ədəd kondisioner, rəflərə yığılmış dərman preparatları və digər mallar 10 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Aptek   Yanğın  





Xəbər lenti