Masazırda qaz xətti zədələnib

Masazırda qaz xətti zədələnib
  12 Dekabr 2020    Oxunub:1124
Masazır qəsəbəsində təbii qaz xətti zədələnib.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, dekabrın 11-də axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə massivi adlanan ərazinin M.Ə.Sabir küçəsində traktor ilə diametri 108 millimetr olan qaz xəttini vuraraq qırıblar.

"Azəriqaz"ın Bakı Regional Qaz İstismarı Departamentinin məlumatına görə, qəza zamanı müşahidə edilən qaz sızmasının qarşısını almaq üçün bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Qaz təchizatının bərpası məqsədilə müvafiq işlərin görülür.

Azvision.az


Teqlər: Masazır   Azəriqaz  





Xəbər lenti