Xızıda ikimərtəbəli ev yanıb

Xızıda ikimərtəbəli ev yanıb
  12 Dekabr 2020    Oxunub:1197
Xızı rayonu, Altıağac qəsəbəsində ümumi sahəsi 380 m² olan (dam örtüyü ondulin, 2-ci mərtəbəsinin arakəsmələri taxtadan ibarət) ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Xızı   Yanğın   FHN  





Xəbər lenti