Maşınla piyadanı öldürdü, özü isə ürəktutmadan vəfat etdi

Maşınla piyadanı öldürdü, özü isə ürəktutmadan vəfat etdi
  12 Dekabr 2020    Oxunub:1151
Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Aşağı Quşçu kəndinin ərazisində qeydə alınıb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, kənd ərazisində hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən hələlik kimliyi məlum olmayan səxsi vurub. Ağır xəsarət alan piyada yerindəcə dünyasını dəyişib.

Hadisədən bir müddət sonra sürücü, Şəmkir rayon Düyərli kənd sakini 32 yaşlı Röyal İmanovun qəfil halı pisləşib. Dərhal ona təcili tibbi yardım çağırılıb. Bütün zəruri tədbirlərə baxmayaraq, sürücü ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza   Tovuz   Maşın  





Xəbər lenti