AzTV şəhidlərimizi tanıtmaqda davam edir - VİDEO

AzTV şəhidlərimizi tanıtmaqda davam edir -  VİDEO
  12 Dekabr 2020    Oxunub:1861
Azərbaycan Televiziyası Vətən müharibəsində canını torpaqlarımız uğrunda fəda etmiş şəhidlərimizin, qazilərimizin cəmiyyətə tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.
AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına görə, belə yeni layihələrdən biri “Danışan məktublar”dır.



Şəhid məktubları üzərində qurulmuş layihə hər həftənin bazar günü saat 18:30-da yayımlanacaq. Şəhidlərimizin əziz xatirəsinə həsr olunan verilişin ilk buraxılışı dekabrın 13-ü efirdə olacaq.

Layihənin ssenari müəllifi Leyla Qədirzadə, aparıcısı isə Güldəstə Nəsibdir.

Xatırladaq ki, Azərbaycan Televiziyası Vətən müharibəsinin ilk günlərindən gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Şəhid və qazilərimizin ailələrindən geniş reportajlar yayımlayıb.

Azvision.az


Teqlər: AzTV   Şəhid   Layihə  





Xəbər lenti