Azərbaycanda bir gündə 47 nəfər COVID-19-dan öldü

 Azərbaycanda bir gündə 47 nəfər COVID-19-dan öldü
  11 Dekabr 2020    Oxunub:3145
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4381 yoluxma faktı qeydə alınıb, 3658 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 167 min 155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 103 min 550 nəfər müalicə olunaraq sağalıb, 1840 nəfər vəfat edib. Aktiv xəstə sayı 61765 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 918 min 866 test aparılıb. Bugünkü test sayı isə 16282-dir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti