Bu yollarda tıxac var - SİYAHI

   Bu yollarda tıxac var -    SİYAHI
  11 Dekabr 2020    Oxunub:2812
Hazırda Bakının əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq, tıxac müşahidə olunur.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu səbəbdən bütün istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb, hərəkət intervalında gecikmələr var.

Tıxac olan yollar aşağıdakılardır:

Heydər Əliyev prospekti hər iki istiqamət kənar yol

Ağa Neymətulla küçəsi

Akademik Həsən Əliyev küçəsi

Koroğlu Rəhimov küçəsi

Təbrik küçəsi

Ziya Bünyadov prospekti

Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsi

Tbilisi prospekti

Qurum rəsmisi fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edib.





Azvision.az


Teqlər: BNA   Yol   Sıxlıq  





Xəbər lenti