Azərbaycanda daha iki həkim virusun qurbanı oldu

Azərbaycanda daha iki həkim virusun qurbanı oldu
  11 Dekabr 2020    Oxunub:2109
Koronavirusla mübarizədə iştirak edən daha iki həkim virusun qurbanı olub.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, 8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə. Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərdən olub:

"Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər. Dəyərli həkimlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Azvision.az


Teqlər: Həkim   Koronavirus  





Xəbər lenti