Ötən gün 26 koronavirus xəstəsinə cinayət işi açılıb

 Ötən gün 26 koronavirus xəstəsinə cinayət işi açılıb
  11 Dekabr 2020    Oxunub:1239
Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 10-da yaşayış yerini tərk edən 27 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, onlardan 26 nəfəri evlərinə qayıtarılıb, 1 nəfər ağır koronavirus xəstəsi isə xəstəxanaya yerləşdirilib.

Saxlanılanlardan 26 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN   Koronavirus   Cinayət-işi  





Xəbər lenti