Cəlilabad və Bakıda ev yanıb

Cəlilabad və Bakıda ev yanıb
  10 Dekabr 2020    Oxunub:1294
Cəlilabad rayonunun Kazımabad kəndində ümumi sahəsi 252 m² olan ikimərtəbəli evin tavanı 10 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 9 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   FHN   Cəlilabad   Bakı  





Xəbər lenti