Şəhid övladlarına ödənişsiz xidmət göstəriləcək

Şəhid övladlarına ödənişsiz xidmət göstəriləcək
  09 Dekabr 2020    Oxunub:2508
Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları Şamaxı, Mingəçevir, İmişli, Sabirabad, Kürdəmir, Balakən, Qəbələ regional ASAN xidmət Mərkəzlərində və 4 saylı Bakı ASAN xidmət Mərkəzində fəaliyyət göstərən Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin bölmələrinə müraciət etməklə ödənişsiz əsaslarla psixoloji, loqopedik, psixo pedaqoji və refleksoloji xidmətlərdən yararlana bilərlər.
Bu barədə Azvision.az -a Mərkəzdən məlumat verilib.

"Övladlarınızın psixoloji inkişafı bizim üçün önəmlidir!

Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin kollektivi Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi qürurla yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin valideynlərinə, yaxınlarına Allahdan səbr diləyirik".

Azvision.az


Teqlər: Şəhid   Uşaq  





Xəbər lenti