Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  09 Dekabr 2020    Oxunub:1976
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, rayonun Sabirkənd kəndi ərazisində B.Bilalov idarə etdiyi "UAZ-39623" markalı avtomobillə yolu keçən Salyan rayon sakini Ağacavad Xəlilovu vurub, sonradan idarəetməni itirdiyindən avtomobili aşırıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, B.Bilalovun sərnişini T.İsayev isə xəstəxanaya yerləşdirilib.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Şəmkir   Yol   Qəza  





Xəbər lenti