Bakıda anbarda yanğın olub

Bakıda anbarda yanğın olub
  09 Dekabr 2020    Oxunub:2090
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 4000 kvadratmetr olan ikimərtəbəli anbar binasında 4 kvadratmetr sahəyə yığılmış 50 ədəd sellofan rulon, 3 kvadratmetr sahədə karton qutular və binanın dam örtüyünün yanar konstruksiyaları 3 kvadratmetr sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Anbar   FHN   Yanğın  





Xəbər lenti