Nərimanovdakı yanğın söndürülüb - Yenilənib

Nərimanovdakı yanğın söndürülüb -  Yenilənib
  09 Dekabr 2020    Oxunub:3794
Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın nazirliyin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu İslam Abışov küçəsində yerləşən anbarda yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, yanğının sahəsi təqribən 250 kvadratmetr təşkil edir. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti