Market, bazar və apteklər işləyəcək

 Market, bazar və apteklər işləyəcək
  08 Dekabr 2020    Oxunub:1902
Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə ərzaq mağazaları (supermaketlər, bazarlar) və apteklərin fəaliyyətinə icazə veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında qeyd olunub.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə yanacaqdoldurma məntəqələri, kimyəvi təmizləmə, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri və digər sahələrin fəaliyyətinə icazə veriləcək.

Azvision.az


Teqlər: Supermarket   Bazar   Aptek  





Xəbər lenti