Mağazadan oğurluq edənlər tutuldu

Mağazadan oğurluq edənlər tutuldu
  07 Dekabr 2020    Oxunub:2059
Səbail rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2596 manat məbləğində pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Həsənov və C.Rüstəmov saxlanılıblar.

Faktla bağlı təhqiqatlar aparılır.

Azvision.az


Teqlər: Mağaza   Oğurluq  





Xəbər lenti