Bakıda quldurluq edən şəxs saxlanıldı

Bakıda quldurluq edən şəxs saxlanıldı
  07 Dekabr 2020    Oxunub:1684
Bakı şəhər sakini R.Əlişanlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edərək dekabrın 3-də bir nəfər tərəfindən döyülərək cibindən 100 manat pulunun və mobil telefonunun götürülməsini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini M.Səlimov müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Quldurluq  





Xəbər lenti