Ağdaşda karantin qaydalarını pozan obyektlər aşkarlandı

Ağdaşda karantin qaydalarını pozan obyektlər aşkarlandı
  07 Dekabr 2020    Oxunub:1456
Ağdaşda şəhər ərazisində yerləşən çay evinin ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin qaydalarına zidd olaraq bazar günü fəaliyyət göstərdiyi aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı karantin qaydalarını pozan icarədar Əlihüseyn Rzayev Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Xüsusi karantin qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərən daha bir obyekt isə rayonun Qoşaqovaq kəndində aşkar edilib. Çayxananı işlədən İlham Vəliyev barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Azvision.az


Teqlər: Ağdaş   Karantin  





Xəbər lenti