Naxçıvanda heç kimin işıq pulu borcu yoxdur

   Naxçıvanda heç kimin işıq pulu borcu yoxdur
  05 Dekabr 2020    Oxunub:1934
Naxçıvan Muxtar Respublikası üzrə 2020-ci ilin noyabr ayında verilən elektrik enerjisinin miqdarı, satışdan daxil olan vəsait və ödənilmə faizi haqqında məlumat açıqlanıb.
Azvision.az xəbər verir ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.



Qeyd olunub ki, noyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 37 milyon 737 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 232 min 200 manat olmuş, cəmi 3 milyon 228 min 100 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 faizini təşkil edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Elektrik   Enerji  





Xəbər lenti