Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və onun həyat yoldaşı Gülnarə Heydərova koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduqları halda yaşadıqları evi tərk etmələri aşkarlanıb.
Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndərilib, barələrində RPŞ-də araşdırmalar davam etdirilir.
Azvision.az