TƏBİB Laçının səhiyyə statistikasını açıqladı

TƏBİB Laçının səhiyyə statistikasını açıqladı
  01 Dekabr 2020    Oxunub:1202
TƏBİB Laçın rayonunun səhiyyə statistikasını açıqlayıb.
Azvision.az xəbər verir ki, işğaldan azad olunan Laçında işğaldan öncə 1 Rayon Mərkəzi Xəstəxanası olmaqla, 142 səhiyyə obyekti mövcud olub.

Qeyd olunub ki, hazırda isə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 tibb və feldşer-mama məntəqəsi, 1 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir.

"Həmin tibb müəssisələrində 100 nəfər həkim, 423 nəfər orta tibb işçisi çalışır. Hazırda Laçın rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayon Taxtakörpü qəsəbəsində fəaliyyət göstərir. Tezliklə Laçında həyat əvvəlki axarına qayıdacaq. Və biz burada reallaşdırılacaq bərpa proqramları çərçivəsində yeni səhiyyə müəssisələrinin tikintisinə şahidik edəcəyik!",- məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: TƏBİB   Laçın  





Xəbər lenti