PKK Qarabağda ermənilərlə birgə döyüşdüyünü etiraf etdi - VİDEO

  28 Noyabr 2020    Oxunub : 4362
PKK Qarabağda ermənilərlə birgə döyüşdüyünü etiraf etdi -  VİDEO
PKK terror təşkilatı Ermənistan tərəfindən Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşdüyünü etiraf edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” kanalı məlumat yayıb.

Qeyd edilib ki, PKK-nın qadın qollarından birinin rəhbəri Layika Gültəkin terrorçu qrupun Qarabağa qədər gedərək, orada ermənilərlə birgə döyüşdüyünü deyib.

Türkiyənin hüquq mühafizə orqanlarının apardığı araşdırma nəticəsində bu fakt sübuta yetirilib. Məlum olub ki, PKK Qarabağ döyüşləri zamanı Ermənistanın yanında yer alıb.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: PKK