“France-24” kanalının Füzulidən hazırladığı reportaj - VİDEO+FOTOLAR
Bildirilir ki, erməni silahlı qüvvələri Fizuli rayonunu işğal etməmişdən əvvəl burada 200 minə yaxın azərbaycanlı yaşayıb. Reportajda Füzuli azad olunandan sonra doğma yurdlarına gedən rayon sakinlərinin fikirlərinə də yer verilib.
Füzuli sakini Hafiz Tahirov rayona gəldiyini və dağıntılarla rastlaşdığını, ermənilərin hər tərəfi minaladığını bildirir.
Rayonun digər sakini Ramilə Məmmədova deyir: “Bura mənim atamın evi olub. İndi heç nə yoxdur. Erməni vandallarının bizə qarşı bu vəhşiliyini heç vaxt unuda bilmərik. Gənc nəslə nə isə deməyə ehtiyac yoxdur. Onlar hər şeyi özləri görür. Bunları unutmaq olmaz”.
Reportajda qeyd edilir ki, 1988-1994-cü illər müharibəsi nəticəsində Füzuli rayonunun mərkəzi ruhlar şəhərinə çevrilib. Ona görə də indi Füzulinin bərpası üçün vaxt lazımdır.
Reportajda o da vurğulanır ki, Azərbaycanın müharibədə qələbəsi bu torpaqları azad etməyə imkan verdi, ancaq insanlar buralara gələrkən doğma yurdlarının dağıntıları ilə üzləşirlər.
Azvision.az
Teqlər: France-24 Kanal Füzuli Reportaj