Faşizmlə üz-üzə: Azərbaycanın “Stalinqrad”ından FOTOREPORTAJ

  19 Oktyabr 2020    Oxunub : 19672
 Faşizmlə üz-üzə:  Azərbaycanın “Stalinqrad”ından  FOTOREPORTAJ
Sentyabrın 27-dən bu günə qədər Tərtər rayonunun 36 yaşayış məntəqəsinə 13 min 136 mərmi düşüb.
Tərtər rayon İcra Hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, ermənilərin intensiv atəşə tutduqları rayon əraziləri Tərtər şəhəri, Şıxarx qəsəbəsi, Hüsənli, Qaynaq, Seydimli, Qazyan, Yuxarı Qapanlı, Qapanlı, Yuxarı Qaradağlı, Qaraağacı, Əskipara, Səhləbad, Borsunlu, Azad Qaraqoyunlu,İlxıçılar, Dəmirçilər, Aşağı Qapanlı, Evoğlu, İsmayılbəyli, Cəmilli, Bala Kəngərli, Düyərli, Yuxarı Sarıcalı, Ağkənd, Yenikənd, Bayandurlu, Soyulan, İrəvanlı, Kəngərli, Hacıqərvənd, Xoruzlu, Buruc, Bayandur, Qaradağlı və Köçərli kəndləridir.

Düşmən təxribatları nəticəsində 118 ev təmamilə dağılıb, 646 fərdi evə, 64 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib.

Bununla yanaşı, 30 yardımçı tikili tam dağılıb, 50-sinə ziyan dəyib. Bu müddət ərzində erməni təxribatları nəticəsində Tərtərdə 19 sosial obyektə, 8 istehsal obyektinə, 44 ticarət mərkəzi və 18 inzibati binaya ziyan dəyib.

Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı hesab olunur.

Azvision.az-ın düşmən təxribatına məruz qalan Tərtərdən hazırladığı fotoreportajı təqdim edirik:











































































Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Tərtər   Düşmən   Terror