Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin avqust ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.
Bildirilib ki, avqust ayında texniki itki nəzərə alınmaqla daxil olan 39 milyon 192 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 323 min 100 manat olub, cəmi 3 milyon 320 min 600 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 faizini təşkil edir.

Anar Kəlbiyev
Azvision.az