Livan hökuməti tam tərkibdə istefa verdi - YENİLƏNİB
Bundan başqa, ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir.
***
Livan hökuməti istefaya gedib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra ölkənin Səhiyyə naziri Həməd Həsən bildirib.
Qeyd edək ki, son günlər Livanda hökumətin istefası və parlamentin buraxılması tələbi ilə kütləvi aksiyalar keçirilib. Bu səbəbdən artıq 4 nazir və 9 deputat istefa verib.
Azvision.az