Türkiyədə daha 1153 nəfər koronavirusa yoluxub

  06 Avqust 2020    Oxunub : 2611
Türkiyədə daha 1153 nəfər koronavirusa yoluxub
Türkiyədə son sutka ərzində 14 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1153 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5798, virusa yoluxanlar isə 237 min 265 nəfərə çatıb.

Türkiyədə indiyədək 220 min 546 pasiyent (son sutkada 1040 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus   Pandemiya