İsveçrə Azərbaycan vətəndaşları üçün karantini ləğv etdi

 İsveçrə Azərbaycan vətəndaşları üçün karantini ləğv etdi
  06 Avqust 2020    Oxunub:16692
İsveçrə Azərbaycanı və Rusiyanı koronavirus infeksiyasının yayılma riski yüksək olan ölkələrin siyahısından çıxarıb.
Azvision.az xəbər verir ki, Rusiya Tur operatorları Birliyinin yaydığı məlumata görə, bu ölkələrin vətəndaşları üçün karantin ləğv edilib.

Avqustun 15-dən etibarən Rusiya ilə İsveçrə arasında uçuşlar bərpa ediləcək. Bundan əlavə, avqustun 8-dən rusiyalı turistlər üçün məcburi on günlük karantin tələbi ləğv olunacaq. Karantin tələbi BƏƏ və Azərbaycan vətəndaşları üçün də ləğv edilib.

Həmçinin, İsveçrəyə daxil olduqda koronavirus testinin cavabını təqdim etmək tələb olunmayacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   İsveçrə   Karantin  





Xəbər lenti