Braziliyada koronavirus təhlükəsi getdikcə artır

  06 Avqust 2020    Oxunub : 1822
Braziliyada koronavirus təhlükəsi getdikcə artır
Braziliyada son sutka ərzində 1437 nəfər koronavirus infeksiyasının qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə indiyədək 97 256 nəfər COVID-19 virusundan ölüb. İnfeksiyaya yoluxanların sayı 57 152 nəfər artaraq 2 859 073-ə çatıb.

Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Brazilya   virus