TƏBİB: 67 xəstə süni tənəffüs cihazındadır

      TƏBİB:    67 xəstə süni tənəffüs cihazındadır
  16 İyul 2020    Oxunub:3309
Azərbaycanda koronavirusla bağlı 15 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 8312 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 592 min 778-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 347, süni tənəffüs cihazında olan xəstə sayı 67-dir.

İndiyədək ölkədə ümumilikdə 25 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti