Dünya çempionatının təqvimi açıqlandı
Açılış matçı 21 noyabr 2022-ci ildə Əl-Xaur şəhərində keçiriləcək. Turnirin ev sahibi Qətər komandası bu görüşdə iştirak edəcək. Qrup mərhələsinin oyunları dekabrın 2-dək davam edəcək (gündə dörd oyun. 1/8 final görüşləri dekabrın 3-dən 6-dək, 1/4 final görüşləri 9-10 dekabr, 1/2 final görüşləri isə 13-14 dekabr tarixlərində keçiriləcək.
Üçüncü yer uğrunda oyunun 17 dekabrda Dohada "Xəlifə" stadionunda, final oyunun isə 18 dekabr tarixində Lusaildə eyni adlı stadionda keçirilməsi planlaşdırılır.
Birinci etap üzrə biletlərin satışına 2020-ci ilin sonundan başlanılacaq. Dünya çempionatı Qətərin 7 şəhərində 8 stadionda keçiriləcək.
Aytən Zəhra
Azvision.az