Ukraynada karantin rejimi uzadılır

Ukraynada karantin rejimi uzadılır
  15 İyul 2020    Oxunub:2313
Ukraynada COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin müddəti daha bir ay uzadılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə naziri Maksim Stepanov bildirib.

O qeyd edib ki, Nazirlər Kabineti iyulun 21-nə təyin olunan iclasında bununla bağlı məsələni nəzərdən keçirəcək.

"Ukraynada karantin iyulun 31-də başa çatır. Mövcud epidemiya vəziyyətinə görə, məhdudlaşdırıcı tədbirlərdən imtina edə bilmərik. Buna görə də karantini uzadacağıq",- deyə Stepanov vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Ukrayna   karantin   virus  





Xəbər lenti