Pakistan Ermənistanın təxribatçı hərəkətini pislədi
Azvision.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.
Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır.
“Son təxribatçı hərəkət Ermənistanın beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdinin təzahürüdür və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit edilmiş Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün davam edən danışıqlar prosesinə mane olur.
Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini yenidən təsdiqləyir və Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: BMTTəhlükəsizlikŞurası