2 mindən çox subyekdə sanitar-epidemioloji tələblər pozulub

2 mindən çox subyekdə sanitar-epidemioloji tələblər pozulub
  09 İyun 2020    Oxunub:2515
Mayın 22-dən iyunun 9-dək 4290 sahibkarlıq subyektində monitorinq keçirilib və 2004 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə son üç gündə keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda “Min bir xırdavat” mağazasında, “Zeytun Aptek”də, Nəsimi rayonunda “Old castle”, “Akvarium” mağazalarında, “Carolla studio”, “By Hüseyn Kaya” xidmət obyektlərində, Yasamal rayonunda “Caspian market”də, “Market”də, “Kənd məhsulları” mağazasında, “Aptek Optika”da, Vüqar Həsənova məxsus “Kserokopiya” xidmət obyektində, Xəzər rayonunda "Oba market", “Market”, “Geyim mağazası”, “Fidan market”, “Meyvə tərəvəz” mağazalarında, Ramiz Salmanova və Ağahüseyn Sultanova məxsus “Avto təmir” xidmət obyektlərində, Xətai rayonunda “İnşaat materialları”, “King kişi geyimləri” mağazalarında, “Star market”də, Nənəxanım Əliyevaya məxsus “Ərzaq dükanı”nda, Tahir Mehdiyevə məxsus “Market”də, “Qardaşlar kafesi”ndə, “Dost qapısı kafesi”ndə, “Trabzon Doner”də, Müşfiq Abbasova məxsus “Atelye” xidmət obyektində, “Zeytun Aptek”də, Səbail rayonunda “Candland”, “Chirros”, “Mekas”, “Market”, “Lokms Geyim”, “Milantsa” mağazalarında, Musalim Mamedova məxsus “Kafe”də, Sabunçu rayonunda “LC Waikiki”, “Fədək”, “Dostluq Ət”, "Oba market", “Aytac geyim” mağazalarında, “Dərzi Atelye”də, Qaradağ rayonunda Ruslan Sarıyevə, Zülfi Allahverdiyevə, Rövşən Bədəlova, Ziyad Rəhmətova, Sahib Hüseynova, Rüxsarə Quliyevaya, Asəf Musayevə, Qurban Novruzova, Knyaz Eminova, Əli Qəniyevə, Novruz Nadirova məxsus pərakəndə ticarət obyektlərində, Abşeron rayonunda Elnur Məmmədova, Cabbar Həsənova, İqrar Fərzəliyevə məxsus mağazalarda, Gəncə şəhərində “Bizim Market”də, “Bizim Çörəkçi” un məmulatları mağazasında, Şamaxı rayonunda “Titanik” tikinti materiallarının satışı mağazasında, Habil Mikayılovun “Avtomobil Ehtiyyat Hissələri” pərakəndə ticarət obyektində, “Dostluq Kafesi” və “Qonaq Evi” ictimai iaşə obyektlərində, “Şöhrət-A” MMC-yə məxsus “Aptek”də, "Dokta Aptek"də, Bərdə rayonunda “Nəsiboğlu” mebel mağazasında, “Xəzər Aptek”də, “Tural” kişi salonunda, Qax rayonunda “Payız Market”də, Lənkəran rayonunda “Best Telecom” və “Yeni stil” mağazalarında, Ağabala Sadıxovun “Velosiped satışı və təmiri” pərakəndə ticarət obyektində, Babək Hüseynova məxsus “Mebel salonu”nda, Füzuli rayonunda “Avto Ehtiyyat Hissələri” mağazasında, Füzuli Mehdiyev və Murad Əliyevə məxsus mağazalarda, Astara rayonunda “Avtomobil ehtiyyat hissələri”, “Telefon aksesuarları və mobil nömrələr” mağazalarında, “Cənub Dönər”də, Balakən rayonunda Sevda Muradovaya məxsus “Yeməkxana”da, Elvin İsayevə məxsus “Dönərxana”da, Şəmkir rayonunda “Food mart”, “Viano Butik”, “Optimal Elektroniks” mağazalarında, Qusar rayonunda "Sarı Mahmud" mağazasında, "Köz dönər"də, "Elit Kafe"də, Yevlax rayonunda “Sənəm market”, “AL market”, “Silver hədiyyə” mağazalarında, Mətanət Əhmədovaya məxsus “Kafe”də, “Aynur gözəllik” salonunda, Zaqatala rayonunda “Mix telekom telefon mağazası”nda, “Fujifilm Foto” xidmət obyektində, Xaçmaz rayonunda "F.R.M Mebel", "Əla mebel", "Un mağazası” pərakəndə ticarət obyektlərində, "Nurel" oteldə, "KAMAZ sentr" xidmət obyektində, ümumilikdə monitorinq aparılan 755 obyektin 349-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Azvision.az



Teqlər: sanitar   İqtisadiyyat  





Xəbər lenti