Beşiyində qalan demokratiya - VİDEOBLOQ

   Beşiyində qalan demokratiya -    VİDEOBLOQ
  06 İyun 2020    Oxunub:24653
Radikal müxalifətin illərdir qrant alıb təriflədiyi ABŞ-da Corc Floyd adlı afroamerikalının polis tərəfindən boğularaq öldürülməsi Birləşmiş Ştatlarda ciddi etirazlara səbəb oldu. Ölkəni bir anda iğtişaşlar dağlası bürüdü.
İrqi ayrı-seçkiliyə və polis zorakılığına etiraz edən kütlənin qarşısını almaq üçün ən ağılasığmaz cəza tədbirlərinə əl atıldı. Hətta polis ondan narazı qalan sıravi amerikalılara zor tətbiq edərək nümayişçiləri dəyənəklə, silah gücü ilə susdurmağa çalışdı.Nəticədə ölənlər və yaralananlar oldu. Bütün bunlar isə demokratiyanın beşiyi hesab olunan Amerikada baş verirdi...

Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda ABŞ-da yaşanan hadisələrə nədənsə, nə beynəlxalq təşkilatlar, nə də özünü hüquq müdafiəçisi adlandıran şəxslər reaksiya verdilər. Sanki belə hadisə olmamış kimi davrandılar. Başqa vaxt Azərbaycanda adi məişət problemini siyasiləşdirib, hakimiyyətin ayağına yazan bizim "milli" radikallar da gözlərini yumub, səslərini çıxarmadılar.

Maraqlıdır, yerli demoqrantları susduran səbəblər nələrdir?

Azvision.az -ın əməkdaşı Bəxtiyar Məmmədov növbəti videobloqunda bu və digər suallara aydınlıq gətirib.

Sözügedən videobloqu təqdim edirik:



Azvision.az


Teqlər: ABŞ   Floyd   Cİnayət  





Xəbər lenti