Vergi ödəyicilərinə 146 milyon manatdan çox maliyyə dəstəyi göstərilib

  04 İyun 2020    Oxunub : 1790
   Vergi ödəyicilərinə 146 milyon manatdan çox maliyyə dəstəyi göstərilib
Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 28 155 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 113 146 fərdi (mikro) sahibkar, cəmi 141 301 vergi ödəyicisi müraciət edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 258 141 işçini əhatə edən 28 155 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,43 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,71 mln. manat təşkil edir. İyunun 2-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 464 vergi ödəyicisinə 202 647 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 85,54 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 113 146 vergi ödəyicisindən müraciət daxil olub, 105 731 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,02 mln. manat təşkil edir. İyunun 2-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,56 mln. manat vəsaitin 101 039 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, iyunun 2-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 146 105,5 min manat məbləğində maliyyə dəstəyi göstərilib.

Azvision.az

Teqlər: Maliyyə   sahibkar