Naxçıvanda 1377 vergiödəyicisinə yardım edildi

  04 İyun 2020    Oxunub : 2094
Naxçıvanda 1377 vergiödəyicisinə yardım edildi
Muxtar respublikada pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 02 iyun 2020-ci il tarixə muxtar respublikada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 1377 vergiödəyicisinə 1 milyon 909 min 790 manat məbləğində vəsait həmin sahibkarların bank hesablarına köçürülüb.

Maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (vergi.nakhchivan.az) elektron kabinetlərinə göndəriləcəkdir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

Maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı vergi.nakhchivan.az internet səhifəsində yerləşdirilir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Naxçıvan   Vergi