Neft Fondu bu il AÇG-dən 2 milyard dollar qazanıb

Neft Fondu bu il AÇG-dən 2 milyard dollar qazanıb
  03 İyun 2020    Oxunub:3357
Bu il (01.01.2020 – 01.05.2020 tarixlərində) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 2 106 mln. ABŞ dolları təşkil edib.
ARDNF-dən Azvision.az -a verilən məlumata görə, o cümlədən, hesabat dövrü "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 120 mln. ABŞ dolları olub.

Məlumata əsasən, "Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan gəlirlər bu il 66 mln. dollar təşkil edib.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti