“Koronavirus var, inanırıq” deyib maska taxmayanlar - VİDEOSORĞU

   “Koronavirus var, inanırıq” deyib maska taxmayanlar -    VİDEOSORĞU
  03 İyun 2020    Oxunub:21136
Son günlər ölkəmizdə koronavirusa yoluxma halları artır. İndiyədək 5935 yoluxma faktı qeydə alınıb, 3564 xəstə müalicə olunaraq sağalıb, 71 nəfər isə pandemiyanın qurbanı olub. Təəssüflər olsun ki, bəzi vətəndaşlar məsuliyyətsiz davranaq, küçədə gəzərkən tibbi maskadan istifadə etmir, sosial məsafəni gözləmirlər. Nəticədə koronavirusun yayılması daha da sürətlənir.
Azvision.az mövzu ilə bağlı videosorğu keçirərək, şəhər sakinlərindən niyə maskadan istifadə etməmələrinin səbəbini soruşub.

Respondentlər müxtəlif bəhanələr gətirməklə özlərinə haqq qazandırmağa çalışıblar. Bəziləri "hava istidir, maska taxa bilmirəm" deyib və sualdan yayınmağa çalışıb.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə biləriniz:



Hazırladı: Bəxtiyar Məmmədov
Video: Əhməd Xəlilov



Teqlər: Sorğu   Koronavirus  





Xəbər lenti