"Limançı" gəmisi təmir olunacaq

  02 İyun 2020    Oxunub : 2023
"Limançı" gəmisi təmir olunacaq
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC “Limançı” gəmisinin tərsanə təmiri xidmətinin satın alınması məqsədilə müsabiqə elan edib.
QSC-dən Azvision.az -a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün müraciət (müəssisə rəhbərliyi tərəfindən), müəssisənin nizamnaməsinin, vergi şəhadətnaməsinin (VÖEN) və reyestr çıxarışının notarial təsdiq olunmuş forması (mal, iş və ya xidmət ilə bağlı tələb olunan sertifikat, lisenziya və s.) və müsabiqə təklifi təqdim olunmalıdır.

Məlumata əsasən, ilkin mərhələdə müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və adları qeyd olunmuş hüquqi sənədlər (müsabiqə təklifi istisna olmaqla) 18 iyun 2020-ci il saat 17:00-dək, iştirak haqqında müraciəti və hüquqi sənədləri (notarial təsdiq olunmuş) qeyd olunan vaxta qədər təqdim etmiş iddiaçılar tərəfindən müsabiqə təklifləri (əsli) bağlı zərfdə 19 iyun 2020-ci il saat 17:00-a qədər QSC-nin yerləşdiyi ünvana (Nəsimi rayonu, Ü. Hacıbəyov 140, AZ1010) təqdim olunmalıdır.

Müsabiqə təklif zərflərinin açılışı 22 iyun 2020-ci il tarixdə, Bakı vaxtı ilə saat 17:00-da göstərilmiş ünvanda baş tutacaq.

Azvision.az

Teqlər: Liman   Gəmi