Gömrük Komitəsi: “May ən gərgin aylardan biri oldu”

      Gömrük Komitəsi:    “May ən gərgin aylardan biri oldu”
  02 İyun 2020    Oxunub:3074
“Cari ildə son 5 ay və may ayı ən gərgin aylardan biri olub”.
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Komitə rəsmisi xatırladıb ki, 10 gündən artıq qeyri-iş günü olub: “Buna baxmayaraq, gömrük əməkdaşları komitə sədri tərəfindən növbəlilik əsasında işə cəlb olunub. Xarici iqtisadi fəaliyyət iştirakçıları üçün heç bir problem yaranmayıb. Ölkəyə idxal olunan malların rəsmiləşdirilməsi həyata keçirilib”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: GömrükKomitəsi  





Xəbər lenti