Ləğv edilən banklara borcu olanların nəzərinə!

  02 İyun 2020    Oxunub : 2339
Ləğv edilən banklara borcu olanların nəzərinə!
Əmanətlərin Sığortalanması Fondu (ADİF)ləğv prosesində olan “NBC Bank” ASC və “AG Bank”ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərə müraciət edib.
ADİF-dən Azvision.az -a bildirilib ki, müflis elan edilmiş “NBC Bank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxslər ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “NBC Bank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “NBC Bank” ASC-nin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə) vasitəsilə həyata keçirə bilərlər.



LPO “NBC Bank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 932

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-131/2020 saylı qərarı ilə “NBC Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “AG Bank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “AG Bank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “AG Bank” ASC-nin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə) vasitəsilə həyata keçirə bilərlər.

Azərbaycan Respublikası Mərkəzi Bankında acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:



LPO “AG Bank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 135

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə “AG Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “AG Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Azvision.az

Teqlər: Bank