Azərbaycanda problemli kreditlər azalıb

   Azərbaycanda problemli kreditlər azalıb
  31 May 2020    Oxunub:3077
Mayın 1-nə olan statistikaya əsasən, Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 232,4 mln. manat təşkil edib. Bu göstərici son bir ayda 154,4 mln. manat və ya 11% azalıb.
Azvision.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 40,7 mln. manat və ya 3,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 271,4 mln. manat və ya 18% azalıb.

Problemli kreditlərin cəmi kreditlərdə payı 8,1% təşkil edib. Bu göstərici aprelin 1-nə 8,9%, ilin əvvəlində 8,3%, ötən ilin müvafiq dövründə isə 11,6% olub.

Azvision.az


Teqlər:





Xəbər lenti