Fonda 113 milyon manatdan çox pul yığılıb

   Fonda 113 milyon manatdan çox pul yığılıb
  25 May 2020    Oxunub:5170
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği məlum olub.
Azvision.az xəbər verir ki, Fonda indiyə qədər 113 460 503 manat ianə köçürülüb.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb. Fondun yaradılmasında məqsəd koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti